`Mercedes`lə `VAZ` toqquşdu – ölən var


15:18     22 İyul 2016 1359952125_qeza-avariya-main.jpg

Dünən axşam saatlarında Şamaxı şəhərinin girəcəində ölümlə nəticələnən yol qəzası olub.


Femida.az Kanal S-ə istinadən xəbər verir ki, Şamaxı rayon sakinlərinə məxsus “Mersedes” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən hər iki avtomobil yoldan çıxaraq hasara çırpılıb. Hadisə zamanı “VAZ 2106”nın sürücüsü, 1976-cı il təvəllüdlü Alıyev Qadir Alı oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1205


Oxşar xəbərlər